Dek
2021
18:24
18
355
2965
Virtual karabakh

İstanbulda əhaliyə xəbərdarlıq edildi: “Lodos” daha güclü formada qayıdır

3 Dek, 2021
18:24
2965

İstanbulda əhaliyə xəbərdarlıq edildi: “Lodos” daha güclü formada qayıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə Meteorologiya İdarəsi əhaliyə “Lodos” küləyinin daha güclü formada qayıdacağı ilə bağlı xəbərdarlıq edib.

Egey bölgəsində qüvvətli yağış, Mərmərə bölgəsində qasırğa təhlükəsi gözlənilir.

Şiddətli külək səbəbilə vətəndaşlara ehtiyatlı davranmaları ilə bağlı xəbərdarlıq edilib.

Türk Hava Yolları İstanbulda gözlənilən təhlükəli hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Bəzi gəmi səfərləri təxirə salınıb.

Xatırladaq ki, İstanbulda ötən günlərdə baş verən qasırğa altı nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb olub.

Mənbə: TRT Haber

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri