Dek
2021
02:23
156
18
1517
Virtual karabakh

İtaliyalı silikon qolla vaksinasiyaya gəlib

4 Dek, 2021
02:23
1517

İtaliyalı silikon qolla vaksinasiyaya gəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın Pyemont bölgəsində əlli yaşlı kişi tibb işçilərini aldatmaq qərarına gəlib.

O, silikon qoluna koronavirus peyvəndi vurdurmağa çalışıb.

 Bu barədə regionun rəhbəri Alberto Çirio məlumat verib.

Onun sözlərinə görə, italiyalı silikon deltoid əzələ ilə ilk koronavirus peyvəndini qəbul etmək üçün vaksinasiya məntəqəsinə gəlib. Süni qolun həqiqi qola oxşarlığına baxmayaraq, feldşer əzələdən şübhələnib və vətəndaşdan təkcə ciyinə yaxın hissəni deyil, bütün qolunu nümayiş etməsini xahiş edib.

Hər şey məlum olduqdan sonra kişi həkimdən buna göz yummasını və vaksini süni qola vurmasını rica edib. Həkim isə öz növbəsində polisə xəbər verərək, vətəndaşın məntəqədən uzaqlaşdırılmasına nail olub.

Mənbə: gordonua.com

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri