Dek
2021
14:12
146
15
1163
Virtual karabakh

Fransada NATO əleyhdarı olan prezidentliyə namizədə hücum edildi - VİDEO

6 Dek, 2021
14:12
1163

Fransada NATO əleyhdarı olan prezidentliyə namizədə hücum edildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransada prezidentliyə namizəd Erik Zemmura hücum edilib.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Hadisə namizədin seçkiqabağı mitinqində baş verib. E.Zemmur tribunaya yaxınlaşarkən kimliyi bəlli olmayan şəxs ona hücum edib. Hücum edən şəxs E.Zemmuru boğmağa çalışsa da, cangüdənlərin müdaxiləsi ilə dərhal zərərsizləşdirilərək polisə təhvil verilib.

Sözügedən şəxsin polisdə qeydiyyatda olduğu bildirilir. O, bir sıra məişət cinayətlərində iştirak edib.

E.Zemmur isə baş vermiş insidentə məhəl qoymayaraq səhnəyə çıxıb və 12 min tərəfdarı qarşısında çıxış edib.

Qeyd edək ki, E.Zemmur namizədliyini irəli sürdükdən sonra ilk mitinqində seçiləcəyi təqdirdə Fransanı NATO-dan çıxaracağını, fransız biznesini ABŞ və Çin şirkətlərindən xilas edəcəyini, işçilərə təzminatların artırılacağını, valideynlərə övladlarına xarici adlar qoymağın qadağan ediləcəyini bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri