Dek
2021
22:28
260
28
1143
Virtual karabakh

Türkiyə və Qətər Kabil aeroportuna dair “Taliban”la birgə danışıqlar aparır

6 Dek, 2021
22:28
1143

Türkiyə və Qətər Kabil aeroportuna dair “Taliban”la birgə danışıqlar aparır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətər və Türkiyə Əfqanıstanda “Taliban” hərəkatına Kabil hava limanının fəaliyyətinin bərpası istiqamətində yardım göstərməkdə davam edir və aeroportun istismarı ilə bağlı razılığa gəlməyə çalışırlar.

Bunu Qətərin Baş nazirin müavini, xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman əl Tani Dohada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlardan sonra bəyan edib.

Qeyd edək ki, əsasən Qərb ölkələri vətəndaşlarının və onlarla əməkdaşlıq edən əfqanların təxliyyəsi zamanı hava limanında hökm sürən xaos, həmçinin 26 avqustda baş vermiş terror aktı səbəbindən Kabil aeroportunun uçuş-enmə zolağı və hava limanı terminallarına ciddi ziyan dəyib.

Avqustun sonundan etibarən Qətər və Türkiyədən olan texniki heyətlər hava limanının işə salınmasına köməklik göstərirlər.

Digər tərəfdən, noyabrın sonundan başlayaraq BƏƏ xüsusilə Qətərin Əfqanıstandakı diplomatik təsirini azaltmaq üçün Kabil hava limanının idarəçiliyi hüququnu əldə etmək məqsədilə “Taliban”la danışıqlar aparır.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri