Dek
2021
01:47
160
18
1826
Virtual karabakh

Parisdə jurnalist Qaşıqçının qətlində şübhəli bilinən şəxs saxlanılıb

8 Dek, 2021
01:47
1826

Parisdə jurnalist Qaşıqçının qətlində şübhəli bilinən şəxs saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa polisi səudiyyəli jurnalist Camal Qaşıqçının qətlində şübhəli bilinənlərdən biri, 33 yaşlı Xalid Eid əl-Uteybini saxlayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı Kral Qvardiyasının keçmiş üzvü ParisinŞarl de Qoll hava limanında Ər-Riyad reysilə yola düşməyə hazırlaşarkən saxlanılıb.

Saxlanılan şəxsin kimliyi və könüllü razılığı təsdiqlənərsə, Fransa onu bu iş üzrə məhkəmənin aparıldığı Türkiyəyə təhvil verəcək. Əks halda onun ekstradisiyası məsələsini Fransa məhkəməsi həll edəcək.

Qeyd edək ki, rəsmi Ər-Riyadın siyasəti ilə bağlı tənqidi məqalələri ilə tanınan jurnalist Camal Qaşıqçı 2017-ci ildən ABŞ-da yaşayıbvə burada The Washington Post qəzeti ilə əməkdaşlıq edib. O, 2018-ci il oktyabrın 2-də ölkəsinin İstanbuldakı Baş Konsulluğuna gedərkən yoxa çıxıb. Oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmiləri Qaşıqçının münaqişə zəminində diplomatik missiyanın binasında öldürüldüyünü bildirib. Beynəlxalq ictimaiyyət bu cinayəti pisləyib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri