Dek
2021
03:28
15
78
1313
Virtual karabakh

Koronavirusdan sağalanların vaksinasiyası xəstəliyə qarşı anticisimlərin keyfiyyətini artırır

8 Dek, 2021
03:28
1313

Koronavirusdan sağalanların vaksinasiyası xəstəliyə qarşı anticisimlərin keyfiyyətini artırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı həkimlər müəyyən ediblər ki, koronavirusdan sağalan insanların peyvənd edilməsi təkcə COVID-ə qarşı anticisimlərin konsentrasiyasının artmasına deyil, həm də onların keyfiyyətinin yaxşılaşmasına gətirib çıxarır.

Alimlərin tapıntısı “mBio” jurnalında dərc edilən məqalədə əks olunub.

“Müşahidələrimiz göstərdi ki, sağalanların peyvənd edilməsi onların orqanizmindəki anticisimlərin sayını artırmaqla yanaşı, keyfiyyətini də yaxşılaşdırır. Biz anticisimlərin tədricən daha təsirli olacağını güman edirdik. Lakin bunun belə tez baş verəcəyini gözləmirdik”, -deyə Los-Ancelesdəki Kaliforniya Universitetinin professoru Otto Yanq bildirib.

Qeyd edək ki, elmi tədqiqat 2020-ci ilin birinci yarısında koronavirus infeksiyasına yoluxmuş və sonradan “Pfizer” və ya “Moderna” peyvəndi ilə vaksinasiya olunmuş Los-Anceles sakinləri üzərində keçirilib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri