Dek
2021
03:37
23
180
9206
Virtual karabakh

Bəşəriyyətin sonunu gətirə biləcək ölümcül təhlükə

9 Dek, 2021
03:37
9206

Bəşəriyyətin sonunu gətirə biləcək ölümcül təhlükə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kənd təsərrüfatı şirkətləri tərəfindən qida istehsalında plastikdən istifadə bütün bəşəriyyətin sağlamlığı və təhlükəsizliyi üçün potensial ölümcül təhlükədir.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dərc olunan hesabatında bildirilib.

Məlumata görə, bu günə qədər torpaqda okeanlarda olduğundan daha çox mikroplastik toplanıb.

Mikroplastiklər (daha böyük plastik parçaları parçalandıqda əmələ gəlir) qida vasitəsilə insanların və heyvanların orqanizminə daxil olur. Onun tərkibində ölümcül ola bilən və həmçinin patogen xəstəliklərə səbəb olan zəhərli əlavələr var.

FAO mikroplastiklərdən çirklənməni həm də qlobal problem olduğunu bildirib.

Həll yolu kimi, FAO plastikdən istifadəni azaltmağı, onun təkrar istifadəsi və təkrar emalını artırmağı təklif edir. Həmçinin plastikdən istifadəni istisna edən kənd təsərrüfatı üsullarının tətbiqi, ondan hazırlanan məhsulların təbii və ya parçalana bilən materiallarla əvəz edilməsi təklif edilir.

Mənbə: The Guardian

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri