Dek
2021
13:56
66
191
3423
Virtual karabakh

İranlı güləş üzrə dünya üçüncüsü taksi sürücüsü işləyir - FOTO

8 Dek, 2021
13:56
3423

İranlı güləş üzrə dünya üçüncüsü taksi sürücüsü işləyir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yunan-Roma güləşi üzrə iranlı dünya çempionu hazırda taksi xidmətində sürücü işləməyə məcburdur.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, Əmir Məhəmməd Bəyat bir müddət öncə Rusiyada keçirilən gənclər üzrə dünya çempionatında 130 kiloqram çəki dərəcəsində bürünc medal qazansa da, indi İranda taksi xidmətində sürücü olaraq çalışır.

O, hazırda Tehranda yaşayır və ailəsini dolandıra bilmək üçün ağır məşqlərlə yanaşı, taksi xidmətində də sürücü olaraq fəaliyyət göstərir.

Xatırladaq ki, son zamanlarda Əmir Məhəmməd Bəyat kimi onlarla iranlı dünya çempionu İran hakimiyyətinin idman sahəsinə diqqətsizliyi üzündən fəhləlik etməyə və ya son seçim olaraq, ölkədən gedərək başqa dövlətlərə sığınmaq məcburiyyətində qalıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri