Dek
2021
16:57
250
20
1909
Virtual karabakh

Korotçenko Ermənistanın “Demokratiya sammiti”ndə iştirakını kəskin tənqid etdi - VİDEO

8 Dek, 2021
16:57
1909

Korotçenko Ermənistanın “Demokratiya sammiti”ndə iştirakını kəskin tənqid etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Demokratiya sammiti” Rusiya əleyhinə toplantıdır.

Bu sözləri Rusiyada “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko Postsovet məkanından dörd ölkənin sammitdə iştirakına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu tədbir bir növ “Şirxanın öz əlaltılarını toplaması”dır.

“Ukrayna və Gürcüstanla hər şey aydındır. Moldova isə – biz onlarla səmərəli qaz sazişi bağlamışıq. Düşünürəm ki, buna nə formadasa reaksiya verməliyik”, -deyə o bildirib.

Hərbi ekspert Ermənistanın baş naziri Nikol Paşinyanın da həmin sammitdə iştirak niyyətini kəskin tənqid edib və ona sual ünvanlayıb:

“Nikol Vovayeviç, KTMT ölkəsi olan sizin “Demokratiya sammiti”ndə iştirak etməyiniz lazımdırmı? Bəlkə Rusiyada keçirilən sammitlərdə iştirak edilməsi daha yaxşı olardı”.

Xatırladaq ki, ABŞ dekabrın 9-10-da “Demokratiya sammiti” keçirməyi planlaşdırıb. Tədbirə dəvət olunan ölkələrin siyahısında Rusiya və Çin yer almayıb.

Ümumiyyətlə isə Çin və Rusiya “demokratiya sammiti” ideyasını rədd edirlər. Onlar belə bir tədbirin keçirilməsini ideoloji konfrontasiyaya və dünyada parçalanmaya səbəb olacağını, yeni “ayırıcı xətlər” yaradacağını bildiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri