Dek
2021
22:03
76
146
1543
Virtual karabakh

Britaniya, Avstraliya və Kanada Pekin Olimpiadasının diplomatik boykotuna qoşuldu

8 Dek, 2021
22:03
1543

Britaniya, Avstraliya və Kanada Pekin Olimpiadasının diplomatik boykotuna qoşuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya da 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının diplomatik boykotuna qoşulacaq.

Bunu ölkənin baş naziri Boris Conson bəyan edib.

“Biz əslində Pekin Qış Olimpiya Oyunlarının diplomatik boykotuna qoşulacağıq. Belə ki, heç bir britaniyalı naziri və ya rəsmi şəxs müvafiq tədbirlərdə iştirak etməyəcək. Mən şəxsən idman tədbirlərinin boykot edilməsinin məqsədəuyğun olduğuna inanmıram. Lakin bu, Britaniya hökumətinin siyasəti olaraq qalır”, - deyə Conson bildirib.

Qeyd edək ki, dekabrın 6-da ABŞ Çindəki insan haqları cinayətləri ilə bağlı Pekin Olimpiadasını diplomatik boykot edəcəyini açıqlayıb.

Bu gün həmçinin Avstraliya və Kanada da diplomatik boykota qoşulub.

Mənbə: pravda.com.ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri