Dek
2021
01:38
26
148
3068
Virtual karabakh

Dəvələr botoksa görə gözəllik yarışmasından qovuldu

9 Dek, 2021
01:38
3068

Dəvələr botoksa görə gözəllik yarışmasından qovuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanında dəvələr arasında ənənəvi gözəllik yarışması keçirilib.

Kral Salman bin Əbdül Əziz əs Səudun himayəsilə baş tutan tədbirdə bu il 40 heyvan diskvalifikasiyaya məruz qalıb.

Buna səbəb dəvə sahiblərinin öz heyvanları üçün botoks və bu kimi süni gözəllik vasitələrindən istifadə etməsi olub. Bu pozuntuları müəyyən etmək üçün hakimlər “xüsusi və qabaqcıl texnologiyalardan” istifadə ediblər.

Müəyyən olunub ki, bu il onlarla iştirakçı dəvələrin dodaqlarını və burnunu uzadıb, heyvanların əzələlərini gücləndirmək üçün hormonlardan istifadə edib, dəvələrin baş və dodaqlarına botoks vurublar.

Qeyd edək ki, müsabiqənin mükafat fondu təxminən 66 milyon dollar təşkil edib.

Mənbə: govoritmoskva.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri