10 
Dek
2021
06:00
43
141
7065
Virtual karabakh

Rusiyanın ən varlı qadınının sərvəti fantastik həddə artıb

10 Dek, 2021
06:00
7065

Rusiyanın ən varlı qadınının sərvəti fantastik həddə artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Wildberries” beynəlxalq internet mağazasının təsisçisi Tatyana Bakalçuk sərvət artımı faizinə görə bütün dünya milyarderləri arasında lider olub.

ABŞ-ın məşhur “Forbes” nəşrinin məlumatına görə, sahibkar sərvətini il ərzində 1 000 faizdən çox artırmağa müvəffəq olub.

Mənbə yazır ki, T. Bakalçuk 13 milyard dollar sərvətlə dünyanın ən varlı adamları siyahısında 165-ci yerdədir.

Bir il əvvəl onun sərvəti bir milyard dollar qiymətləndirilirdi.

Tatyana Bakalçuk rusiyalı iş adamlarının reytinqində 13-cü, ən varlı qadınları siyahısında isə birinci sıradadır.

Sərvətini kəskin artıran digər rusiyalı isə “Telegram”ın rəhbəri Pavel Durov olub.

37 yaşlı sahibkar 17,2 milyard dollar sərvətlə “Forbes”in reytinqində 113-cü yerdə qərarlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri