10 
Dek
2021
21:40
407
72
1675
Virtual karabakh

İranda mülki təyyarələrin 50%-dən çoxu ehtiyat hissələri çatışmazlığından uça bilmir

10 Dek, 2021
21:40
1675

İranda mülki təyyarələrin 50%-dən çoxu ehtiyat hissələri çatışmazlığından uça bilmir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran Aviadaşıyıcıları Assosiasiyasının sədr müavini Əli Rza Barxor ölkədə aviasiya sənayesinin hazırkı vəziyyəti ilə bağlı bəyanat verib.

Bu barədə İran KİV məlumat yayıb.

O bildirib ki, hazırda ölkədə təyyarələrin 50%-dən çoxu hissələrin, xüsusən də mühərriklərin çatışmazlığı səbəbindən uça bilmir.

Onun sözlərinə görə,170-dən çox təyyarə hazırda maliyyə çatışmazlığı və lazımi ehtiyat hissələrinin tədarükü ilə bağlı sanksiyalar səbəbindən istismardan kənarda qalıb.

Barxor qeyd edib ki, bu tendensiya davam edərsə, yaxın gələcəkdə istifadə olunmayan təyyarələrin sayı daha da artacaq.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri