12 
Dek
2021
06:30
39
199
1222
Virtual karabakh

Rusiyada vaksin sınağından keçən yeniyetmələrə ödənişlər ediləcək

12 Dek, 2021
06:30
1222

Rusiyada vaksin sınağından keçən yeniyetmələrə ödənişlər ediləcək

Rusiyada koronavirusa qarşı “Sputnik M” vaksini sınaqlarından keçən yeniyetmələrə 15 min rubl (346 manat) təzminat ödəniləcək.

Bu barədə RBK araşdırmanın aparıldığı tibb müəssisələrinə istinadən xəbər verir.

Ödəniş almaq üçün yeniyetmə peyvəndin iki komponenti ilə peyvənd edilməli və sonra immunogenlik (preparatın immun yaratmaq qabiliyyəti) üçün beş dəfə qan verməlidir.

Xəstəxananın əməkdaşlarından birinin sözlərinə görə, yeniyetmə tədqiqata buraxılmazdan əvvəl virusa qarşı anticisimlər üçün qan verməlidir.

Anticisim aşkar edilərsə, o, müayinəyə buraxılmayacaq.

Anticisimlər yoxdursa, yeniyetmə klinik, PCR, biokimyəvi qan və sidik testi kimi bir sıra digər analizlərdən keçməlidir. Bütün testlər normal olarsa, yeniyetməilk peyvənd üçün dəvət olunacaq.

Yeniyetmə il boyu nəzarətdə saxlanılacaq. Bu zaman uşaq peyvənd gündəliyi hazırlayacaq, həkimlər isə teletibb texnologiyalarından istifadə edərək onun vəziyyətini uzaqdan izləyəcəklər. Ümumilikdə, müayinə üçün 4-5 dəfə tibb müəssisəsinə baş çəkilməlidir.

Daha əvvəl Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko 12-17 yaş arası yeniyetmələrin COVID-19-a qarşı peyvənd olunmaları üçün tarix açıqlamışdı. Onun sözlərinə görə, vaksinasiya bu ilin sonuna qədər başlamalıdır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri