16 
Dek
2021
20:19
235
24
1618
Virtual karabakh

Pentaqon Çin qoşunlarının Hindistan sərhədinə yaxınlaşmasından narahatdır

16 Dek, 2021
20:19
1618

Pentaqon Çin qoşunlarının Hindistan sərhədinə yaxınlaşmasından narahatdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pentaqon Himalay dağlarında Hindistanla sərhəddəki demarkasiya xətti yaxınlığında Çin hərbi qüvvələrinin toplanmasından narahatdır. Xüsusən də noyabrda Çinin strateji uzaqmənzilli bombardmançı təyyarələri ilə sərhədə keçməsi narahatlıq yaradıb.

ABŞ bütün səviyyələrdə Hindistanla təmasdadır, xüsusən də Pentaqon mənbələrinə görə, Vaşinqton Çin ordusunun hərəkəti ilə bağlı kəşfiyyat məlumatlarını Yeni Dehli ilə tez-tez paylaşır.

Ötən il iyunun ortalarında Çin və Hindistan sərhədində toqquşmalar baş vermiş, 20 hindistanlı əsgər həlak olmuşdu.

Yeni Dehlidən bildirilib ki, Pekin də itkilər verib və münaqişəyə səbəb Çin hərbçiləri tərəfindən sərhəddə müşahidə məntəqəsi tikməsi olub. Öz növbəsində Çin Hindistan hərbçilərini sərhədi pozmaqda ittiham edib.

Sentyabrın əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin sammitində nümayəndələrin görüşündən sonra onlar birgə bəyanat yayaraq, ikitərəfli münasibətlərdə gərginliyi azaltmaq niyyətlərini bəyan ediblər.

Hindistan və Çin arasındakı sərhəddə demarkasiya xətti 1962-ci ildə sərhəd müharibəsindən sonra çəkilib, uzunluğu 4000 km-i keçib.

Mənbə: Foreign Policy

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri