19 
Dek
2021
08:47
638
37
3688
Virtual karabakh

Amerikalılara meydan oxuyan türk idmançının biləyini bükən tapılmadı

ABŞ-ın Nyu York şəhərində amerikalılara meydan oxuyaraq onu məğlub edənə pul mükafatı vəd edən qol güləşi ilə məşğul olan Volkan Kırımlıoğlu bütün rəqiblərini məğlub edib.

Türkiyəli idmançı Tayms meydanında şəhər sakinlərinə və turistlərə “mənə qalib gəl, 20 dollar qazan” sözləri ilə müraciət edib. Qısa müddətdə bir çox insan onun rəqibi olmağı qəbul edib. Lakin türkiyəli idmançı qarşısına çıxan hər kəsi məğlub etməyi bacarıb.

Bir müddət sonra isə V.Kırımlıoğlu mükafatı 100 dollara qədər qaldırıb.

“Məqsədim qol güləşi ilə ölkənin tanınmasına fayda vermək və onlara türklərin nə qədər güclü olduğunu göstərməkdir”, - deyə o bildirib.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri