26 
Dek
2021
00:22
424
207
2437
Virtual karabakh

“Taliban” taksi sürücülərinə qadağalar qoydu: Musiqi səsləndirmək olmaz, namaz vaxtı hərəkət dayandırılmalıdır

26 Dek, 2021
00:22
2437

“Taliban” taksi sürücülərinə qadağalar qoydu: Musiqi səsləndirmək olmaz, namaz vaxtı hərəkət dayandırılmalıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda Əfqanıstanı idarə edən “Taliban” hərəkatı ölkə ərazisində taksi sürücüləri üçün yeni qaydalar hazırlayıb.

Bir sıra sərt qadağaların əks olunduğu sənəd artıq kütləvi informasiya vasitələrində dərc edilib.

Yeni qadağalara əsasən, taksi sürücüsü müştəriyə xidmət göstərərkən avtomobildə musiqi səsləndirə bilməz, hicab qaydasına riayət etməyən qadın müştərinin avtomobilə əyləşməsinə icazə verilməməli, namaz vaxtı sürücü ibadət üçün avtomobilinin hərəkətini dayandırmalıdır.

Yeni qaydalara əsasən, əgər qadın müştərinin yanında onun kişi qohumu yoxdursa, sürücü 72 kilometrdən çox məsafə qətt edə biləz.

Mənbə: Kabul News

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri