26 
Dek
2021
11:45
266
32
3169
Virtual karabakh

Maskalı şəxslər “Rosbank”ın Ufadakı filialını soydu – ANBAAN VİDEO

26 Dek, 2021
11:45
3169

Maskalı şəxslər “Rosbank”ın Ufadakı filialını soydu – ANBAAN VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Başqırdıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, maskalı və silahlı şəxslər “Rosbank”ın Ufadakı filialını qarət ediblər.

“İlkin məlumatlara görə, iki naməlum şəxs tapançaya bənzər əşya ilə hədə-qorxu gələrək pul oğurlayıblar. Hazırda polis əməkdaşları içəri daxil olan şəxsləri axtarır”, - deyə idarədən bildiriblər.

Ufanın Suryupi küçəsindəki ofisə hücum dekabrın 25-i günorta saatlarında törədilib. “Shot” “Telegram” kanalının məlumatına görə, hücum edənlər filialdan 4 milyon 100 min rubl çıxarıblar. Təhlükəsizlik kameralarına düşən videodan görünür ki, bank işçisini tapança ilə hədələyən şəxs onu seyfi açmağa məcbur edib və oradan pulu götürüb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci (“Soyğunçuluq”) maddəsi ilə cinayət işi başlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri