28 
Dek
2021
03:25
63
25
1602
Virtual karabakh

Niderlandda iynədən qorxan, ancaq vaksinasiyadan keçmək istəyənlər üçün maraqlı təklif - VİDEO

28 Dek, 2021
03:25
1602

Niderlandda iynədən qorxan, ancaq vaksinasiyadan keçmək istəyənlər üçün maraqlı təklif - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Niderlandda iynə vurmaqdan qorxan, lakin peyvənd vurdurmaq istəyən insanlara virtual reallıq eynəklərində vaksinasiyadan keçmək təklif olunur.

Bu barədə ölkənin səhiyyə nazirliyindən məlumat verilib.

Bildirilir ki, bu işlə Bələdiyyə Səhiyyə Xidmətləri (GGD) məşğul olur. Həmçinin o da vurğulanır ki, peyvənd zamanı rahatlanmağa imkan verən virtual reallıq eynəkləri ilə işləyən yerlərin sayı artıb.

Milli Sağlamlıq İnstitutunun (RIVM) son statistikasına görə, Niderland əhalisinin 12 yaşdan yuxarı 84,3%-i əhalisi COVID-19-a qarşı tam peyvənd olunub. Dekabrın 20-dən ölkədə ağır xəstəlikləri olan 5-11 yaşlı uşaqların peyvəndlənməsinə başlanılıb. Yanvarın ikinci yarısında ölkədə 5-11 yaş arası bütün uşaqlar koronavirusa qarşı peyvənd olunacaq.

Mənbə: RİA Novosti

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri