30 
Dek
2021
19:10
71
269
1912
Virtual karabakh

Ermənistan aviaşirkəti İrəvan - İstanbul - İrəvan marşrutu üzrə çarter reysləri həyata keçirəcək

30 Dek, 2021
19:10
1912

Ermənistan aviaşirkəti İrəvan - İstanbul - İrəvan marşrutu üzrə çarter reysləri həyata keçirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın mülki aviasiyası idarəsi “Flyone Armenia” aviaşirkətinə İrəvan - İstanbul - İrəvan marşrutu üzrə çarter reysləri həyata keçirməyə icazə verib.

Bu barədə şirkətin idarə heyətinin sədri Aram Ananyan bildirib.

“Flyone Armenia” bir neçə gün əvvəl Ermənistan və Türkiyənin aviasiya qurumlarına İrəvan - İstanbul - İrəvan marşrutu üzrə çarter reyslərinin yerinə yetirilməsi üçün icazə almaq xahişi ilə müraciət edib. Müsbət cavaba görə Ermənistan aviasiya idarəsinə təşəkkür edirik”, - deyə o bəyan edib.

Şirkət indi də Türkiyə tərəfindən icazə gözləyir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri