30 
Dek
2021
22:25
760
20
3181
Virtual karabakh

Rusiyada avtomobillərin məcburi texniki baxışı ləğv edilib

30 Dek, 2021
22:25
3181

Rusiyada avtomobillərin məcburi texniki baxışı ləğv edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada icbari texniki baxışın ləğvi haqqında qanun təsdiqlənib.

Ölkə prezidenti Vladimir Putinin imzaladığı sərəncama əsasən, ölkə vətəndaşların mülkiyyətində olan və onların yalnız öz ehtiyacları üçün istifadə etdikləri nəqliyyat vasitələri və motosikletləri məcburi texniki baxışdan azad edilib.

Lakin qərar kommersiya məqsədləri üçün istifadə olunan şəxsi avtomobillərə şamil edilməyib.

Bundan əlavə, istehsal tarixi dörd ildən yuxarı olan avtomobil və motosikletlərin satışı, həmçinin, qeydiyyata alınması, yaxud nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edilməsi zamanı icbari texniki baxış tələbi saxlanılıb.

Mənbə: “İnterfaks”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri