Yan
2022
22:00
26
214
2513
Virtual karabakh

Son həftə və son ay ərzində qlobal COVID statistikasında rekord qeydə alınıb

2 Yan, 2022
22:00
2513

Son həftə və son ay ərzində qlobal COVID statistikasında rekord qeydə alınıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən ilin dekabrında dünyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı noyabr ayı göstəricisini 8,5 milyon nəfər üstələyərək 24,7 milyon nəfərə çatıb.

Beləliklə də, planetdə ay ərzində yoluxanların sayı bütün pandemiya ərzində maksimum həddə çatıb.

Bundan əvvəl ən yüksək səviyyə 2021-ci ilin aprelində qeydə alınıb. O zaman 22 milyondan çox yoluxma halı aşkar edilib.

Təkcə son həftədə dünyada 8,4 milyon yoluxma halı təsdiqlənib ki, bu da pandemiyanın başlanmasından bəri ən yüksək həftəlik göstəricidir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri