Yan
2022
02:02
96
49
2209
Virtual karabakh

Şahzadə Harri və Meqan Markl təzə evə köçmək istəyir - FOTO

4 Yan, 2022
02:02
2209

Şahzadə Harri və Meqan Markl təzə evə köçmək istəyir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniya şahzadəsi Harri və həyat yoldaşı, aktrisa Meqan Markl yeni malikanəyə sahib olduqdan il yarım sonra yaşayış yerini dəyişməyi planlaşdırır.

Mənbələrin bildirdiyinə görə, Sesseks hersoqu və hersoginya 11 milyon funt-sterlinqə (təxminən 25,3 milyon manat) aldıqları evdə “özlərini göyün yeddinci qatında”  hiss etmirlər və buna görə başqa yerə köçmək istəyirlər.

Cütlük əsasən malikanənin yerindən narazıdır. Belə ki, evləri şam və sərv ağacları ilə əhatələnsə də, onlar özlərini istədikləri kimi xəlvətdə hiss edə bilmədiklərini deyirlər.

Bununla belə, Şahzadə Harri və həyat yoldaşı uzağa getməyi planlaşdırmırlar. Onlar qonşuluqdakı evi seçiblər və onu almağa hazırlaşırlar.

Mənbə: Daily Mirror

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri