Yan
2022
15:20
44
340
5896
Virtual karabakh

Qazaxıstandakı azərbaycanlıların NƏZƏRİNƏ: Səfirlik vətəndaşlarımıza səsləndi

5 Yan, 2022
15:20
5896

Qazaxıstandakı azərbaycanlıların NƏZƏRİNƏ: Səfirlik vətəndaşlarımıza səsləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanda etiraz aksiyaları zamanı Azərbaycan vətəndaşlarının xəsarət alması ilə bağlı səfirliyə heç bir müraciət daxil olmayıb.

“Report” xəbər verir ki, bu məlumatı Azərbaycanın Qazaxıstandakı səfirliyi yayıb.

Diplomatik nümayəndəliyin məlumatında qeyd olunur ki, Qazaxıstanın üç şəhərində - Almatı, Aktau, Aktobedə vəziyyət hələ də gərgindir. Paytaxt Nur-Sultanda isə etiraz və mitinqlər yoxdur, vəziyyət sabitdir.

Səfirlik Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşlarına insanların sıx toplaşdığı yerlərdən uzaq durmağı, evlərində qalmalarını və bütün zəruri ehtiyat tədbirlərinə riayət etməyi tövsiyə edib.

Diplomatik nümayəndəlikdən bildirilib ki, mövcud vəziyyət Qazaxıstandakı Azərbaycan diasporunun rəhbərliyi ilə də müzakirə edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri