Yan
2022
00:17
183
33
6171
Virtual karabakh

İyirmi il axtarışda olan mafia başçısı “Google Maps”lə tapıldı - FOTO

7 Yan, 2022
00:17
6171

İyirmi il axtarışda olan mafia başçısı “Google Maps”lə tapıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın Siciliya bölgəsində tanınan və 20 ildir axtarışda olan mafiya başçısı Qioaççino Qammino “Google Maps” adlı xəritə tətbiqində görünən fotoşəkili sayəsində İspaniyada tutulub.

İtaliyada milli mətbuatda yer alan xəbərə görə, o, İspaniya və İtaliya polis idarələrinin əməkdaşlığı ilə həyata keçirilən əməliyyatda yaxalanıb. Məlum olub ki, Qammino heç bir şübhə doğurmamaq üçün Madridin şimalında 25 min əhalisi olan Qalapaqar rayonunda sadə bir vətəndaş kimi yaşayaraq, baqqal və aşpaz işləyib.

İtaliyanın “La Repubblica” qəzetində İtalyan Mafiya Araşdırmasına İdarəsinə (DIA) əsaslanaraq dərc edilən xəbərdə, ən çox axtarılan 100 mafiya başçısından biri olan Qamminonun tutulmasında “Google Maps” tətbiqinin həlledici olduğu vurğulanıb.

Araşdırma zamanı Qalapaqarda "Manu bağı" və "Manu mətbəxi" başlıqlı plakatların “Google Maps” vasitəsilə diqqət çəkdiyi bildirilib və “Facebook” səhifəsində özünü “Manuel şef” kimi təqdim edən şəxsin əslində Qioaççino Qammino olduğu müəyyən edilib.

100 ən çox axtarılan mafiya başçısından biri olan Qammino “Məni necə tapdınız? 10 ildir ailəmə belə zəng etmirəm”, deyib.

Çoxsaylı mafiya cinayətlərinə görə mühakimə olunan və ilk dəfə 1990-cı illərin sonunda Barselonada yaxalanan Qamminonun 2002-ci ildə film çəkilişləri zamanı Romadakı həbsxanadan müəmmalı şəkildə qaçdığı və o vaxtdan bəri axtarışda olduğu bildirilir.

Mənbə: CNN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri