Yan
2022
15:24
12
313
1756
Virtual karabakh

Aleksey Makarkin: “Təbii ki, Rusiya Qazaxıstanı özünə yaxınlaşdırmaq istəyərdi” - MÜSAHİBƏ

8 Yan, 2022
15:24
1756

Aleksey Makarkin: “Təbii ki, Rusiya Qazaxıstanı özünə yaxınlaşdırmaq istəyərdi” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Siyasi Texnologiyalar Mərkəzinin birinci vitse-prezidenti Aleksey Makarkin KTMT-nin Qazaxıstandakı sülhməramlı missiyasının müddəti ilə bağlı Oxu.Az-a danışıb.

“Hesab edirəm ki, bu, Qazaxıstan prezidenti Tokayevlə razılaşma yolu ilə həll olunacaq. Nə qədər ki, o, missiyanın zəruri olduğuna inanır, KTMT qoşunları qalacaq. Əgər o qərara gəlsə ki, vəziyyət sabitləşib, o zaman mənə elə gəlir ki, sülhməramlı kontingentin minnətdarlıq qazanaraq oranı tərk etməsi öz maraqlarına uyğundur”, - deyə o bildirib.

Makarkin qeyd edib ki, uzunmüddətli, çoxillik sülhməramlı missiyaları iki tərəfi ayırmağın vacib olduğu yerlərdə ola bilər:

“Qazaxıstanda bu amil yoxdur. Rusiya indi Qazaxıstan rejimini xilas edir. Qazaxıstan təbii ki, Rusiyanın KTMT-dəki müttəfiqidir. Amma bununla yanaşı, Qazaxıstan Moskvanın çox hörmətlə və böyük emosiya ilə yanaşdığı bəzi tarixi məsələlərdə belə Rusiyadan uzaqlaşır. İndi Rusiya gəlib, xilas edib, sonra gedəcək və çətin ki, Qazaxıstanda ona çox minnətdar olsunlar”.

Onun sözlərinə görə, Qazaxıstan cəmiyyətinin bir hissəsi üçün Rusiya faktoru mənfidir.

“O cümlədən Qərbdə də daxil olmaqla, təhsil almış digər hissəsi isə xilasa görə indi minnətdar olacaqlar. Amma bu minnətdarlığın nə qədər davam edəcəyi böyük məsələdir.

İndi Rusiyada belə bəyanatlar səslənir ki, Qazaxıstan Rusiyaya filan-filan şeyləri borcludur. Məsələn, Krımı Rusiya kimi tanımaq. Amma bütün bunlar “ura-patriotlar” səviyyəsindədir. Və təbii ki, Qazaxıstan çətin ki, bütün bunlarla razılaşsın, o, “özünü” müdafiə edəcək. Bu o deməkdir ki, hansısa mərhələdə Rusiyaya qarşı mənfi münasibət yarana bilər. Rusiyanın özündə də “biz xilas etdik və onlar kifayət qədər minnətdar deyillər” fikri ilə Qazaxıstana münasibətdə məyusluq ola bilər. Amma bu, artıq orta və ya uzunmüddətli perspektivdədir”, - deyə Makarkin vurğulayıb.

O, SSRİ 2.0-ın bərpa edilməsi ilə bağlı fikirlərə də aydınlıq gətirib:

“Hesab etmirəm ki, burada SSRİ 2.0-ın bərpası gedir. Bu, sadəcə olaraq, konkret vəziyyətdir (Qazaxıstanda - red.), Rusiya isə buna çox qarışmamaqda maraqlıdır. Bu, artıq qeyd etdiyim kimi, nəticələrlə dolu ola bilər.

Bəli, təbii ki, Rusiya Qazaxıstanı özünə yaxınlaşdırmaq istəyərdi, amma hərbi əməliyyatlarla yox, siyasi yolla”.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri