Yan
2022
16:33
39
312
3043
Virtual karabakh

Qazaxıstandakı hadisələr Özbəkistanda da gözlənilir? - ŞƏRH

8 Yan, 2022
16:33
3043

Qazaxıstandakı hadisələr Özbəkistanda da gözlənilir? - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özbəkistandan olan ekspert-politoloq, fəlsəfə elmləri namizədi Rəvşən Nəzərov Qazaxıstan hadisələrinin ölkəsində təkrarlana bilib-bilməyəcəyi məsələsinə aydınlıq gətirib.

Bu barədə o, Oxu.Az-a müsahibəsində deyib:

“Oxşar vəziyyətin (ən azı belə miqyasda) Özbəkistanda təkrarlanması mümkün deyil. Xarici “dostlar” Özbəkistanın gücünü dəfələrlə sınayıblar – 1999-cu və 2004-cü illərin terror aktları, 1999-cu və 2000-ci illərdə silahlı dəstələrin basqınları və nəhayət, 2005-ci ilin mayında Fərqanə vadisində “rəngli inqilab” təşkil etmək üçün real cəhd – Özbəkistan bunların hamısından keçib.

Özbəkistanın silahlı qüvvələri və hüquq-mühafizə orqanları təxribatçıların vəziyyətin sabitliyi pozmaq cəhdlərini dəf edəcək qədər güclü və bacarıqlıdır”.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri