14 
Yan
2022
07:14
236
14
2858
Virtual karabakh

Balıqçı yalın əllə üç timsahla vuruşdu və onlardan birini öldürdü

14 Yan, 2022
07:14
2858

Balıqçı yalın əllə üç timsahla vuruşdu və onlardan birini öldürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zimbabvenin Kariba şəhər sakini ona hücum edən üç timsahla yalı əllə vuruşaraq onlardan birini öldürüb.

İnsidentdən sonra o, xəstəxanaya yerləşdirilib.

Aleksandr Çimedza Kariba gölünün sahilində balıq tutmaq üçün soxulcanlar axtarırarkən timsahların hücumuna məruz qalıb. Kişi əlini onlardan birinin ağzına soxaraq timsahı öldürüb.

Zərərçəkmiş bud nahiyəsində yaralar, qol və barmaqlarında sınıqlarla xəstəxanaya yerləşdirilib. Zimbabvelinin həyat yoldaşı Primroz Madufu ərinin ona hücum edən bütün heyvanlara qarşı yalın əlləri ilə mübarizə apardığını deyib.

Hazırda həkimlər xəstəyə dəri transplantasiyası həyata keçirirlər. Müalicənin yaxşı getdiyi bildirlir.

Mənbə: lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri