14 
Yan
2022
07:30
26
128
4838
Virtual karabakh

Avstraliyada temperatur rekordu qeydə alındı

14 Yan, 2022
07:30
4838

Avstraliyada temperatur rekordu qeydə alındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərbi Avstraliyanın Pilbara bölgəsindəki Onslou qəsəbəsində son 62 ilin ən yüksək temperaturu qeydə alınıb. Belə ki, ərazidəki termometrlər 50,7 dərəcəni göstərib.

Avstraliya Meteorologiya Bürosunun (ABS) Qərbi Avstraliya bölməsi tərəfindən verilən bəyanatda bildirilib ki, 2 yanvar 1960-cı ildə Cənubi Avstraliya əyalətinin Oodnadatta qəsəbəsində qeydə alınan 50,7 dərəcə istilik 1910-cu ildən bəri saxlanılan qeydlərə görə ölkə tarixində indiyədək məlum olan ən yüksək temperatur olub.

ABS meteoroloqu Luke Huntington mövzu ilə bağlı verdiyi açıqlamada Qərbi Pilbara sahili boyunca küləyin olmamasının bölgədə isti havanın yığılmasına səbəb olduğunu bildirib.

Qeyd edək ki, Avstraliyada ikinci ən yüksək temperatur 19 fevral 1998-ci ildə 50,5 dərəcə olmaqla Qərbi Avstraliyanın Mardi və Karatta bölgələrində qeydə alınıb.

Mənbə: TRT

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri