13 
Yan
2022
20:46
343
35
2078
Virtual karabakh

Türkiyə ilk “cib” peykini kosmosa buraxdı – VİDEO

13 Yan, 2022
20:46
2078

Türkiyə ilk “cib” peykini kosmosa buraxdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zonquldak Bülent Ecevit Universitetinin (BEU) Mühəndislik fakültəsinin tələbələrindən ibarət Kosmos Qrupu tərəfindən hazırlanan Türkiyənin ilk “cib” peyki “Grizu-263A” yanvarın 13-də kosmosa göndərilib.

Peyk ABŞ-ın Kannaveral burnundakı kosmodromdan “SpaceX Falcon 9” raketilə orbitə çıxarılıb.

İstanbul Texniki Universiteti Kosmos Sistemləri Sınaq Laboratoriyasının, həmçinin Türkiyə Həvəskar Peyk Texnologiyaları Dərnəyinin texniki dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində hazırlanan peykin ölçüləri 5x5x5 santimetrdir.

Peykin təxminən 525 kilometr aşağı Yer orbitində 4 il 8 ay xidmət etməsi planlaşdırılır.

Mənbə: “Haber Global”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri