15 
Yan
2022
07:47
177
18
1543
Virtual karabakh

“Meta” 3,2 milyard dollar cərimələnə bilər

15 Yan, 2022
07:47
1543

“Meta” 3,2 milyard dollar cərimələnə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya sakinləri ABŞ-ın “Meta Platforms” (keçmiş adı “Facebook”) şirkətinə qarşı məhkəmə iddiası qaldırıblar.

Bazar üstünlüyündən sui-istifadə və milyonlarla insanın məlumatlarından icazəsiz istifadəyə görə qaldırılan iddia təmin olunarsa, korporasiya təxminən 3,2 milyard dollar cərimələnə bilər.

İddianın təşəbbüskarı Britaniya Maliyyə Davranışına Nəzarət İdarəsinin (FCA) baş məsləhətçisi və antiinhisar hüququ üzrə müəllim Liza Lovdal Qormsen olub. Sənəd artıq Böyük Britaniyanın rəqabət məsələləri üzrə Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilib.

Lovdal Qormsen bildirib ki, “Facebook” yarandığı gündən Böyük Britaniyada populyar sosial şəbəkəyə çevrilib.

“Meta” bazardakı dominant mövqeyindən sui-istifadə edib və həmçinin Böyük Britaniyada yaşayan istifadəçilərə qarşı ədalətsiz şərtlər tətbiq edib. Bu, şirkətə britaniyalıların şəxsi məlumatlarından istifadə etmək imkanı verib”, - deyə o, əlavə edib.

Mənbə: lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri