14 
Yan
2022
20:13
540
40
1342
Virtual karabakh

Türkiyə Böyük Britaniya ilə müdafiə sənayesi və ticarət sahəsində əməkdaşlığı gücləndirəcək

14 Yan, 2022
20:13
1342

Türkiyə Böyük Britaniya ilə müdafiə sənayesi və ticarət sahəsində əməkdaşlığı gücləndirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.

Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən məlumata görə, söhbət zamanı Türkiyə ilə Böyük Britaniya arasında xüsusilə müdafiə sənayesi və ticarət sahəsində əməkdaşlığı gücləndirəcək addımlar müzakirə edilib.

Həmçinin, Suriya və Ukraynadakı hadisələr, iqlim dəyişikliyi, eləcə də qaçqınlarla bağlı regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: “Haber Global”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri