15 
Yan
2022
08:14
708
20
3773
Virtual karabakh

Vəfalı pişik iki aydan çoxdur sahibinin məzarı üzərində oturub

“Twitter” istifadəçisi “LavBosniak” iki aydan çoxdur Serbiyanın İslam icmasının keçmiş baş müftisi Müəmmar Zukorliçin məzarı üzərində küskün oturan və evə qayıtmaq istəməyən sadiq pişik barədə paylaşım edib.

Heyvanın sahibi 6 noyabr 2021-ci ildə ürək tutmasından vəfat edib. O, Serbiya və digər Balkan ölkələrindəki müsəlman icmasının tanınmış simalarından olub.

Zukorliçin ölümündən sonra onun pişiyi din xadiminin məzarı üstündə oturub. Heyvan sahibinin dəfn olunduğu yeri tərk etməkdən imtina edib. Paylaşımda qeyd edilib ki, pişik hələ də oradadır.

Heyvanın sədaqəti “Twitter” istifadəçilərini təsirləndirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri