15 
Yan
2022
09:30
13
126
1361
Virtual karabakh

“Hörümçək adam” komiksinin bir səhifəsi fantastik qiymətə satıldı

15 Yan, 2022
09:30
1361

“Hörümçək adam” komiksinin bir səhifəsi fantastik qiymətə satıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hörümçək adam” komiksinin 1984-cü il buraxılışının 25-ci səhifəsi ABŞ-dakı “Heritage” auksion zalında keçirilən hərracda 3,36 milyon dollara satılıb.

330 min dollara açılan hərracda komiksin səhifəsinə verilən qiymət ilk gündə 3 milyon dolları keçərək sahibini tapıb.

Həmin gün “Supermen” komiksinin köhnə nömrələrindən birinin də 3,18 milyon dollara satıldığı bildirilib.

Hər iki komiksin alıcısının kimliyi açıqlanmayıb.

Qeyd edək ki, ABŞ komiksinin daxili səhifəsi üçün əvvəlki rekord 657.250 dollara satılan “İnanılmaz Halk”ın 1974-cü il buraxılışı olub.

Mənbə: TRT

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri