17 
Yan
2022
02:02
93
27
3638
Virtual karabakh

COVID-dən ölmə ehtimalını azaldan səbəb tapıldı

17 Yan, 2022
02:02
3638

COVID-dən ölmə ehtimalını azaldan səbəb tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyanın Naqoya Universitetinin tədqiqatçıları bədəndə Kollinsella cinsinə aid bağırsaq bakteriyasının olması ilə koronavirusdan ölüm ehtimalı arasında mümkün əlaqəni tapıblar.

Bu barədə “The Japan Times” qəzetinin saytında dərc olunmuş materialda deyilir.

Tədqiqatçıların fikrincə, Kollinsella öd turşularını ursodeoksixolik turşuya çevirə bilir ki, bu da koronavirusun yoluxmuş insanın hüceyrə reseptorlarına bağlanmasının qarşısını alır. Beləliklə, bağırsaqda çoxlu sayda bu bakteriyaların olması virusun fəaliyyətini boğur, onun yüngül simptomlarla keçməsini təmin edərək ölüm ehtimalını aşağı salır.

Bu nəzəriyyəni yoxlamaq üçün alimlər yoluxan şəxslər arasında müxtəlif ölüm səviyyələrinin qeydə alındığı ölkələrdən 953 nəfərdən nümunələr götürüblər. Göstəricilərin nisbətən aşağı olduğu Yaponiya, Koreya Respublikası və Finlandiyada nəticələr iştirakçılarının 34-61%-nin bağırsaqlarında Kollinsellanın yüksək konsentrasiyası aşkar edilib. Eyni zamanda, ölüm hallarının yüksək olduğu Belçika, Böyük Britaniya, İtaliya və ABŞ-dan olan insanların yalnız 4-18%-də adıçəkilən bakteriyanın lazımi səviyyəsi qeydə alınıb.

Müvafiq məlumatlar Kollinsellanın fəaliyyəti ilə koronavirusdan ölüm səviyyəsi arasındakı əlaqəni bir daha sübut edib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri