18 
Yan
2022
02:01
51
265
2505
Virtual karabakh

Maska taxmaq insanı daha çox cazibədar edir?

18 Yan, 2022
02:01
2505

Maska taxmaq insanı daha çox cazibədar edir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Alimlər bu qənaətə gəliblər ki, tibbi maskalar insanları daha cəlbedici edir.

Bu məlumatlar Böyük Britaniyanın Kardiff Universitetinin tədqiqatçıları tərəfindən müəyyənləşdirilib və “Cognitive Research: Principles and Implications” jurnalında dərc olunub.

Qeyd edilir ki, hazırkı koronavirus pandemiyasının nəticələri bir çox aspektlərdə mənfi olub, lakin bu xəstəliklə bağlı aparılan araşdırmalar hətta müsbət nəticələr verib.

Müsbət olaraq qeyd edilənlərdən biri insanların maskalarda daha cazibədar görünməsidir.

Tədqiqatçılar həm kişilərin, həm də qadınların üzlərinin aşağı yarısını örtən maska ​​ilə daha yaxşı göründüyünə təəccübləniblər.

Çünki, pandemiyadan əvvəl maska yalnız xəstəliklə əlaqələndirilirdi və bu səbəbdən də onu taxan şəxslərin cazibədarlığını azaldırdı. Pandemiya ilə əlaqədar olaraq hamının tibbi maskalardan istifadəsi insanlarda rahatlıq yaradır və onları daha cəzbedici göstərir.

Bu, mavi maskalar taxan tibb işçilərinə öyrəşməyimiz və indi onları xəstələrə baxanlar və ya tibb mütəxəssisləri ilə əlaqələndirməyimizlə əlaqədar ola bilər.

Mənbə: Mk.ru

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri