18 
Yan
2022
06:41
23
371
3278
Virtual karabakh

Dünyanın ən zəngin 10 adamı pandemiyada ümumi sərvətini iki dəfə artırıb

18 Yan, 2022
06:41
3278

Dünyanın ən zəngin 10 adamı pandemiyada ümumi sərvətini iki dəfə artırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Oxfam” beynəlxalq yardım təşkilatının dərc etdiyi hesabatda dünyanın ən zəngin 10 adamının ümumi sərvətinin COVID-19 epidemiyası zamanı iki dəfə artdığı ortaya çıxıb.

“Bərabərsizlik öldürür” adlı hesabatda yoxsulluq həddində yaşayan insanların sayının artdığı da göstərilib.

Hesabatda dünyanın ən zəngin 10 şəxsi - İlon Mask, Ceff Bezos, Bernard Arnault, Bill Qeyts, Larri Ellison, Larri Peyc, Sergey Brin, Mark Zukerberq, Stiv Ballmer və Varren Baffetin ümumi sərvəti epidemiya dövründə iki dəfə artaraq 1,5 trilyon dolları keçib.

Bundan əlavə, dünyada hər 4 saniyədə 1 nəfərin aclıq, səhiyyə xidmətlərinə çıxış imkanlarının məhdudluğu, iqlim dəyişikliyinin yaratdığı humanitar böhranlar və zorakılıq səbəbindən öldüyü bildirilir.

Epidemiyanın qlobal bərabərsizliyi daha da ciddiləşdirdiyi bildirilən hesabatda qeyd edilir ki, inkişaf etməmiş ölkələrdəki yoxsul insanların koronavirusdan ölmə ehtimalı təxminən 4 dəfə çoxdur.

Digər tərəfdən, bu dövrdə işləyən qadınların sayının 2019-cu illə müqayisədə 13 milyon nəfər azaldığı, 20 milyondan çox qızın isə məktəbə qayıtmamaq riski ilə üzləşdiyi məlum olub.

Mənbə: BBC

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri