17 
Yan
2022
15:28
86
204
4792
Virtual karabakh

Əbu-Dabi hədəfə alındı: Husilər BƏƏ paytaxtına dronlarla hücum etdilər - FOTO/VİDEO

17 Yan, 2022
15:28
4792

Əbu-Dabi hədəfə alındı: Husilər BƏƏ paytaxtına dronlarla hücum etdilər - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) üç yanacaq çəni partlayıb. Partlayış Əbu-Dabi neft şirkəti ADNOC-un yanacaq anbarlarının yaxınlığında baş verib.

Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi polisi bildirib.

“Yanğın Əmirliyin ADNOC dövlət şirkətinin yanacaq anbarlarının yaxınlığındakı Əl-Misfah bölgəsində üç çəndə partlayışa səbəb olub”, - deyə məlumatda bildirilir.

Hüquq-mühafizə orqanlarının ilkin məlumatlarına görə, hadisə pilotsuz uçuş aparatının düşməsi səbəbindən baş verə bilər.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Həmçinin, Əbu-Dabidə yeni hava limanının tikintisinin aparıldığı ərazidə kiçik yanğının baş verdiyi bildirilir.

Əbu-Dabidə yanğınlar və partlayışlara görə məsuliyyəti Yəmənin Ənsarullah hərəkatı (husilər) artıq öz üzərinə götürüb.
 
Ənsarullah sözçüsü Yəhya Sariyanın sözlərinə görə, yaxın bir neçə saat ərzində hərəkat hərbi əməliyyatla bağlı açıqlama verəcək.
 
“Al Mayadeen” telekanalının öz mənbələrinə istinadən məlumatına görə, Yəmən BƏƏ ərazisinə 20 pilotsuz uçuş aparatı və 10 ballistik raketlə hücum həyata keçirdib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri