18 
Yan
2022
07:50
9
119
1330
Virtual karabakh

Polşa küçələrində yoldan keçənlərə maçete ilə hücum oldu

18 Yan, 2022
07:50
1330

Polşa küçələrində yoldan keçənlərə maçete ilə hücum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşanın Torun şəhərində yerli sakin küçədən keçənlərə hücum edib.

Belə ki, 21 yaşlı polyak yoldan keçənlərə maçete ilə hücum edib. Bir neçə nəfər yaralanıb, onlardan birinin barmağı qopub.

Hazırda üç zərərçəkənin olduğu məlumdur.

Hadisəni törədənin narkotikin təsiri altında olduğu güman edilir.

“Bir qurbanın barmağı qopub, digərinin üzü kəsilib. Xəsarət alanlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib”, - deyə hüquq mühafizə orqanından bildirilib.

Hücumçu saxlanılıb.

Hadisəni törədən şəxsin daha çox insana hücum etmiş olmaq ehtimalı da var, ona görə də Torun polisi səhər saatlarında hücumçunu görən şahidləri axtarır.

Mənbə: Eadaily

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri