18 
Yan
2022
01:33
345
34
3785
yuxarı
Qazaxıstanın baş naziri Türkiyəyə təşəkkür etdi
18 Yan, 2022
01:33
3785
345
34
Qazaxıstanın baş naziri Türkiyəyə təşəkkür etdi
Türkiyə prezidentinin köməkçisi Fuat Oktay Qazaxıstanın baş naziri Alixan Smailov ilə telefon danışığı aparıb.
Söhbət zamanı ikitərəfli əlaqələr və regional məsələlər müzakirə edilib.
Ölkədə baş verənlərin təəssüf doğurduğunu deyən Oktay hər zaman qardaş xalqa dəstək verməyə hazır olduqlarını bildirib. Türkiyə prezidentinin köməkçisi dost Qazaxıstanın dövlət ənənəsi və qazax xalqının sağlam düşüncəsi ilə bu problemin öhdəsindən gələcəyinə və prosesdən daha güclü çıxacağına şübhə etmədiklərini vurğulayıb.
Smailov isə çətin dövrdə göstərilən dəstəyə görə Türkiyəyə minnətdarlıq edib. O, qardaş ölkə ilə münasibətləri yüksək qiymətləndirərək Türkiyənin Qazaxıstanın strateji tərəfdaşı olduğunu diqqətə çatdırıb.
Mənbə: TRT
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək