19 
Yan
2022
02:49
25
257
1532
Virtual karabakh

Britaniyalı qadın sunami zamanı itləri xilas edərkən həlak olub

19 Yan, 2022
02:49
1532

Britaniyalı qadın sunami zamanı itləri xilas edərkən həlak olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tonqonun paytaxtı Nukualofada baş verən sunami zamanı it sığınacağının müdiri Anjela Qlover heyvanları xilas etməyə çalışarkən həlak olub.

Bu barədə onun qardaşı Nik Eleni məlumat verib.

Belə ki, vulkan püskürməsinin yaratdığı dalğa 50 yaşlı qadının və onun həyat yoldaşının dəniz sahildəki evini yuyub.  

Mərhumun qardaşı deyib ki, bacısının əri ağacdan yapışaraq sağ qala bilsə də, dalğa Anjela Qloveri və heyvanları aparıb.

Artıq qadının cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Mənbə: Independent

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri