20 
Yan
2022
02:34
92
50
1875
yuxarı
Elit avtomobili partlatmaq istədi, qolunu itirdi - VİDEO
20 Yan, 2022
02:34
1875
92
50
Elit avtomobili partlatmaq istədi, qolunu itirdi - VİDEO
Ukraynanın İvano-Frankovsk şəhərində elit avtomobili partlatmağa cəhd edən gənc qolunu itirib.
Məlumata görə, 21 yaşlı cinayətkar taksi ilə gecə saat iki radələrində partlatmaq istədiyi maşının olduğu həyətə gəlib. Lakin avtomobilə quraşdırmaq istədiyi bomba əlində partlayıb.
Bundan sonra gənc hadisə yerindən qaçıb. Lakin o, tezliklə həkimə müraciət etməli olub.
Gəncin vəziyyəti ağır qiymətləndirilir, hətta əməliyyat da qolunu xilas etməyib.
Bundan əlavə, gənc çoxlu qan itkisinə məruz qalıb, həmçinin onda çoxlu qəlpə yaraları aşkar edilib.
Hüquq-mühafizə orqanları hələ ki, təfərrüatı açıqlamayıblar, lakin polis əməkdaşları gəncin palatasının yanında növbətçilik edirlər.
Mənbə: TSN
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək