19 
Yan
2022
05:29
67
33
2304
Virtual karabakh

Peruda təhlükə: 80 liman bağlandı

19 Yan, 2022
05:29
2304

Peruda təhlükə: 80 liman bağlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Peru sahillərində dalğaların hündürlüyünün artması səbəbindən 80 liman bağlanıb.

Buna Avstraliyanın şərqindəki ada ölkəsi Tonqada yanvarın 15-də baş verən son min ilin ən güclü vulkan püskürməsi səbəb olub.

Peru mətbuatında yer alan xəbərə görə, səlahiyyətlilər sunami nəticəsində sahil bölgələrində anomal dalğaların olduğunu və tədbir görüldüyünü bildirib.

Dəniz kənarında yaşayan insanları çimərlikdən uzaq durmağa çağıran səlahiyyətlilər balıq ovu, idman və istirahət fəaliyyətlərinin dayandırıldığını da xatırladıb.

Tonqada vulkanın püskürməsindən sonra ABŞ, Kanada və Çilidə də sunami xəbərdarlığı edilib.

Səlahiyyətlilər yanvarın 16-da ölkənin şimalındakı yüksək dalğalar səbəbindən 2 nəfərin öldüyünü açıqlayıb.

Mənbə: TRT Haber

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri