20 
Yan
2022
00:20
445
36
8494
Virtual karabakh

Zelenski Ukrayna xalqına müraciət etdi

20 Yan, 2022
00:20
8494

Zelenski Ukrayna xalqına müraciət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna prezident Vladimir Zelenski ölkə vətəndaşlarına müraciət edib.

O, əhalini Rusiya təhlükəsi ilə bağlı yayılan xəbərlərə görə təşvişə düşməməyə çağırıb.

“Müharibə artıq səkkizinci ildir ki davam edir. İndi panikaya düşmək, vəziyyəti gərginləşdirmək, qarabaşaq və kibrit alıb yığmaq vaxtı deyil”, - deyə dövlət başçısı bildirib.

Videoçarx Ukrayna prezidentinin rəsmi saytında dərc olunub.

Dövlət başçısı bildirib ki, ölkə müharibə istəmir, lakin müdafiəyə hazırdır.

Zelenskinin sözlərinə görə, Rusiya təhlükəsi barədə xəbərlər ölkədəki investorlara və biznesə “hücum” məqsədilə yayılır.

Mənbə: “RİA Novosti”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri