20 
Yan
2022
21:26
558
28
1400
Virtual karabakh

Ərdoğan Türkiyənin Putin-Zelenski görüşünə ev sahibliyi etmək istədiyini təsdiqləyib

20 Yan, 2022
21:26
1400

Ərdoğan Türkiyənin Putin-Zelenski görüşünə ev sahibliyi etmək istədiyini təsdiqləyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəyə səfərdə olan Salvador prezidenti Nayib Bukele ilə birgə mətbuat konfransı keçirib.

Tədbir zamanı dövlət başçısı Rusiya-Ukrayna gərginliyi barədə də danışıb.

“Biz istəyirik ki, bölgədə sülh hakim olsun və digər neqativ hadisələr baş verməsin. İstəyimiz cənab Putin və cənab Zelenskini bir araya gətirmək, üz-üzə görüş keçirmələrini təmin etməkdir”, - deyə o, bildirib.

Ərdoğan qeyd edib ki, Putinin Türkiyəyə və özünün də Ukraynaya səfərinə böyük əhəmiyyət verir.

O, həmçinin gələn ayın əvvəlində Ukraynaya səfər edəcəyini də təsdiqləyib.

Mənbə: “Anadolu”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri