21 
Yan
2022
21:01
32
207
1445
Virtual karabakh

Almaniyada koronavirusa rekord yoluxma qeydə alındı

21 Yan, 2022
21:01
1445

Almaniyada koronavirusa rekord yoluxma qeydə alındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyada təsdiqlənmiş yeni koronavirus infeksiyası hallarının sayı gün ərzində 140 160 nəfər artıb ki, bu da pandemiyanın bütün dövrü üçün ölkədə yeni maksimumdur.

Bu barədə Robert Kox İnstitutunun məlumatlarında qeyd edilir.

Bundan əvvəlki antirekord yanvarın 20-də qeydə alınıb, o zaman sutka ərzində 133 536 yoluxma halı aşkar edilib.

Epidemiyanın başlanğıcından indiyədək Almaniyanın 8 460 546 nəfərdə infeksiya aşkarlanıb. Koronavirusun yaratdığı xəstəliyin nəticələrindən ölkədə 24 saat ərzində 170 xəstənin ölməsi ilə həyatını itirənlərin ümumi sayı 116 485 nəfərə çatıb.

Yanvar ayında yoluxanlarda “Omikron” ştammı üstünlük təşkil edib.

Hazırda Almaniyada məhdudiyyətlər tətbiq edilsə də, onlar pandemiyanın birinci, ikinci və üçüncü dalğaları dövründəkindən xeyli yumşaqdır.

Ölkənin səlahiyyətli orqanları peyvəndin üçüncü dozasının da vurulmasına çalışırlar. Almaniya kansleri Olaf Şolz bu il məcburi vaksinasiyanın tətbiqinə nail olmaq niyyətindədir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri