22 
Yan
2022
00:10
341
20
2060
Virtual karabakh

Fransaya məxsus adada iğtişaşlar: Avtomobillər yandırıldı, mağazalar yağmalandı - VİDEO

22 Yan, 2022
00:10
2060

Fransaya məxsus adada iğtişaşlar: Avtomobillər yandırıldı, mağazalar yağmalandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın xarici torpağı sayılan Qvadelupe adasında yenidən ara qarışıb.

Peyvənd əleyhinə olan insanlar vaksinasiyaya qarşı etiraz etmək üçün küçələrə axışıb.

Fransa hökumətinin koronavirus siyasətinə qarşı etirazlar kütləvi iğtişaşlara çevrilib.

Abim şəhərində küçələr döyüş meydanına çevrilib. Şəhərin 15 müxtəlif hissəsində avtomobillər, zibil qabları və təkərlər yandırılıb.

Nümayişçilər hadisələrə gözyaşardıcı qazla müdaxilə edən jandarm qüvvələrinə daş və Molotov kokteyli ilə cavab veriblər.

Bəzi nümayişçilər isə silahdan ətrafa atəş açıblar.

Həmçinin, mağazaların pəncərələri sındırılıb, talan edilib və yandırılıb.

Etirazçılardan 6 nəfərin saxlanıldığı bildirilib.

Mənbə: TRT

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri