22 
Yan
2022
00:40
21
241
2442
Virtual karabakh

Böyük Britaniyada “omikron” ştammının yeni növü aşkar edilib

22 Yan, 2022
00:40
2442

Böyük Britaniyada “omikron” ştammının yeni növü aşkar edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyanın tibb orqanları ölkədə ilkin təhlillərə görə daha da sürətlə yayılan koronavirusunun “omikron” ştammının BA.2 yeni alt növünü aşkar ediblər.

Bu barədə krallığın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) məlumat yayıb.

Bildirlib ki, indiyədək ölkədə yeni ştamla 426 yoluxma halı qeydə alınıb ki, onlardan 146-sı Londonda, daha 97-si isə Cənub-Şərqi İngiltərə bölgəsindədir.

Qeyd olunub ki, BA.2 subvariantına yoluxma dünyanın 40 ölkəsində müşahidə edilib. Hazırda ona yoluxanların ümumi sayı 8 mini ötüb.

Eyni zamanda, məlumdur ki, BA.2-yə ilk yoluxma halları Filippində qeydə alınıb. Onların böyük əksəriyyəti - 6,4 min nəfər olmaqla Danimarkada aşkarlanıb. Həmçinin Hindistan (530), İsveç (181) və Sinqapurda (127) da BA.2 daşıyıcıları müəyyən edilib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri