22 
Yan
2022
10:00
203
125
9681
Virtual karabakh

Arnold Şvartsenegger “Prius”u “ayaqladı” - FOTO

22 Yan, 2022
10:00
9681

Arnold Şvartsenegger “Prius”u “ayaqladı” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstriya əsilli amerikalı aktyor və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger cümə günü Los-Ancelesdə avtomobil qəzasına düşüb.

Şvartseneggerin “GMC Yukon” yolsuzluq avtomobili məşhurun ​​evindən bir neçə kilometr aralıda “Toyota Prius” markalı avtomobilə çırpılıb. Zərbədən aktyorun avtomobilinin təkəri digər avtomobilin kapotunun üstünə çıxıb.

Polis mənbələrinin ilkin məlumata görə, qəzada günah Şvartseneggerdə olub, o, işıqforun qırmızı işığında sola dönüb.

Aktyorun özü xəsarət almayıb, digər avtomobildə olan qadın kəllə-beyin travması alıb və xəstəxanaya yerləşdirilib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri