23 
Yan
2022
15:28
55
481
3398
Virtual karabakh

Britaniyada müsəlman nazir dini inancına görə işdən kənarlaşdırıldığını iddia edib

23 Yan, 2022
15:28
3398

Britaniyada müsəlman nazir dini inancına görə işdən kənarlaşdırıldığını iddia edib

Britaniyanın Mühafizəkarlar Partiyasının üzvü, aviasiya və dəniz nəqliyyatı üzrə dövlət naziri olmuş Nüsrət Qani yerli mətbuata 2020-ci ilin fevralında vəzifəsindən azad edilməsinin təfərrüatları barədə danışıb.

O, haqqında qəbul edilən qərarın dini inancı ilə bağlı olduğunu bildirib.

“Kabinet dəyişikliyindən sonra partiya qrup rəhbərləri ilə görüşdə soruşdum ki, məni işdən çıxarmaq qərarının arxasında nə dayanıb. Mənə dedilər ki, Nazirlər Kabinetindəki toplantıda müsəlman qadın statusum gündəmə gətirilib və müsəlman qadın nazir kimi mövqeyim həmkarlarımı narahat edib. Onlar mənim İslamofobiya iddialarına qarşı partiyanı lazımi səviyyədə müdafiə etmədiyimi dilə gətirərək, sadiq olmadığımla bağlı narahatlıq keçiriblər”, -deyə sabiq nazir bəyan edib.

Bunu biləndən sonra “özünü alçaldılmış və gücsüz hiss etdiyini” ifadə edən Qani, məsələni gündəmə gətirməyə davam edərsə, “həmkarları tərəfindən təcrid olunacağı və karyerasının, nüfuzunun məhv ediləcəyi” xəbərdarlığından sonra susduğunu iddia edib.

Onun sözlərinə görə, baş verənlər partiyaya qarşı inamını sarsıdıb.

Mənbə: “Anadolu”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri